1 ... 34 35 36 37 38 39 40 41 ... 60

Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam - səhifə 38

səhifə38/60
tarix14.06.2018
ölçüsü5.01 Kb.

qətiləşdi. Gələn dəfə kabinetə getməməkdə israr edəcəyini düşündü. Ən 
azından söz söhbətlər bitsin deyə. Adına söz yaymasınlar deyə.Təxminən 
dörd gün sonra ustabaşı Səmaya Mehdi bəyin onu  kabinetinə çağırdığnı 
dedi. Səma da: 

Get Mehdi bəyə de ki, əlində tikiş-tikir. 
Bu  cavabdan  mat  qalan  ustabaşı  məcburən  müdirin  otağına  gedib, 
Səmanın  gəlməyəcəyini    deyir.    O  gün  Mehdi  bəy  dəfələrlə  ustabaşını 
Səmanın  arxasınca  göndərir.  Lakin  hər  dəfə  eyni  cavabla  gedir  qayıdır. 
Səmanın  bu  hərəkədi  Mehdi  bəyi  əsəbləşdirir.  Və  işdən  qovulması  üçün 
ərizəsini tələb edir.  
Səma işdən çıxmaq istəmirdi. Onu Mehdi bəyin kabinetinə getmədyi üçün 
qovacaqdılar. Bütün söz söhbətlərə baxmayaraq kabinetin qapısını döyür.  
- Gəlin! 
- Bağışlayın Mehdi bəy. Mən... 
- Siz özünüzü nə zənn edirsiz? Məgər bilmirsiz ki, müdir işçini çağırarkən 
əlində hər nə iş görürsə kənara qoyub, əmrə tabe olmalıdır? 
- Mən.... Mən bilirəm. Lakin... 
-  Lakin  nə?  Məgər  işdən  qovulmaq  istəyirsiz?  Elədirsə,  sizə  bu  imkanı 
verirəm. Buyurun, ərizənizi yazın və çıxın.- Bu sözləri qəzəbli olduğu üçün 
deyirdi.  Əslində  isə  Səmanı  incitmək  niyyəti  yox  idi.  Sadəcə  gün  boyu 
onun əmrinə tabe olmamağına yanırdı.  
- Mən işdən çıxmaq istəmirəm. Siz məni qovursuz? 
-Xeyir!  Sizin  kimi  işçiyə  ehtiyacımız  var.  Lakin  sizin  bugünkü 
hörmətsizliyiniz məni bu qərarı verməyə vadar etdi.  
- ... 
-  Gəlməməyinizin  səbəbi  nə  idi?  Hər  halda  ciddi  səbəb  olmalıdır  ki, 
müdirin əmrindən çıxasız.  
- İşçi yoldaşlarım. 
- Anlamıram. İzzah edin. 

-  İşçi  yoldaşlarım  məni  tez-tez  çağırmağınızdan  dedi-qodu  edir.  Mən  də 
daha çağırmayasız deyə... 
- Necə? Yəni o qədər boş qalıblar ki, mənim kabinetimə kimi çağırdığımı, 
neçə dəfə çağırdığımı güdürlər? 
- ... 
-Bu saat! – tələsik yerindən durub kabineti tərk etdi. 
-Mehdi  bəy,  çox  xahiş  edirəm.  –Səma  onun  bütün  işçiləri  qova 
biləcəyindən  qorxdu. Lakin  düşündü ki, elə iş  tutsa  müdir  işçisiz  iflas ola 
bilər. Ona görə Səma kabinetdən çıxmadı. Arada qulağına Medi bəyin səsi 
gəlirdi. 
- Siz o qədər bekarsız? İşinizin öhdəsindən gəlməyi öyrənin. Onun bunun 
arxasınca  söz  etməyi  yığışdırın.  Müdir  olaraq  kabinetimə  kimsəni 
çağırmağa  haqqım  yoxdu  məgər?  Bu  cür  axmaqlığı    bir  daha  görməyim, 
eşitməyim! Bu ilk və son xəbərdarlığımdır.  
   Bu  müddət  ərzində  Səma  boş  vərəq  götürdü.  İbditai  təhsili  vardı. 
Kəndlərində o zamanlar qızları oxutmurdular. Səma da yaşadığı faciədən 
sonra  məktəbə  gedə  bilmədi.  İndi  bu  söz  söhbəti  müdirinə  dediyi  üçün 
peşman  olmuşdu.  İş  yoldaşlarının  gözündə  lap  müdirin  sevgilisi  kimi 
görünəcəkdi.  O  isə  bunu  istəmirdi.  Ona  görə  bütün  işçilər  danlanmışdı. 
Tez  bir  zamanda  işdən  çıxmağa  qərar  verdi.  Ərizəni  hərf  -hərf  yazsa  da 
cəmi iki cümlə ilə kifayətləndi.  Qısa zamandan sonra Mehdi bəy kabinetə 
döndü.  Çox  əsəbləşmişdi.  Hisslərini  cilovlaya  bilmirdi.  Üstəlik  kənar 
insanların onun hisslərini anlamaları xoşuna gəlməmişdi. Çünki o hisslərin 
sahibi  Səma  heç nədən  xəbərsiz idi.  Onun adının  hallanmasını ağlına da 
gətirmək  istəmirdi.  Səmanın  oturduğunu  görüb  masasına  yaxınlaşdı. 
Üsünə  yeni  qoyulmuş  ağ  vərəqi  əlinə  alıb  oxudu:  “Ailəmin  məsləhəti  ilə 
işimdən çıxmağa qərar verdim. Bu işə yaramadığımı düşünürəm”.   

Bu nə deməkdir? 

.... 

Siz işdən könüllü getmək istəyirsiz? 

 Bəli. 

Axı niyə? Mən ki, dedim sizə ehtiyacımız var. 


Mən məcburam.  

Bəs nə edəcəksiz? 

Hər zamankı kimi evdə tikəcəm. 

Belə  olmaz.  Burda  işləyənlərdən  qat-qat  bacarıqlısız.  Deyilən  sözlərə 
fikir verməyin. Əgər lazım olsa sizi heç çağırmaram kabinetimə. Sözüm 
olsa  ustabaşınıza  deyərəm  çatdırar.  Amma  çıxmağı  ağlınıza 
gətirməyin. 

Sağolun Mehdi bəy. –deyərək kabineti tərk etdi. 

VI Fəsil 


Səma  üçün  son  dərəcə  ağır  keçən  günlər  başladı.  Həm  işdə  yayılan 
şayələr  onu  incidir,  qürüruna  toxunur,  həm  də  işə  bir  həftədir 
getməməsinə  üzülürdü.  Əslində  xəstələnmişdi  yataqda  idi.  Yoxsa  qəti 
işindən  qalmazdı.  Axı  Mehdi  bəy  ərizəni  o  kabineti  tərk  etməzdən  əvvəl 
çırmışdı. Demək ki, onun işdə qalmasını çox istəyirdi. Lakin qəfl xəstələnib 
yatağa düşüdüyündən nəinki işə, heç evinin həyətinə addım ata bilmirdi. 
Boğazı  şişib,  nəfəs  ala  bilmir.  Yemək  uda  bilmirdi.  Qonşuluqdakı  təbib 
baxmışdı.  Lakin  ciddi  bir  şey  olmadığını  demişdi.  İndi  isə  ayaqlarında 
keyləşmə hiss edirdi. Bəzən ağrıyırdı da. Bu bir həftə ərzində ustası gəlib 
baş çəkmişdi. Halından xəbərdar olmuşdu. Mehdi bəyə də gəlməməyinin 
səbəbinin  xəstəlik  olduğunu  demişdi.  O  günə  kimi  isə  düşünürmüş  ki, 
Səma    ondan  inciyib.  Tərslik  edib  işə  gəlmir.  Ustanın  verdiyi  xəbərdən 
narahat  olmuşdu.  Səmaya  nə  olub  deyə  gecəni  yata  bilmədi.  Səhər 
sürücüsünə Səmanın ünvanını verdi.   
 
Mehdi  əslən  bəy  nəslindən  idi.  Onun  həyatı  demək  olar  ki,  dərdsiz, 
qəmsiz keçmişdi. Lakin ailədə xoşbəxt ola bilməmişdi. Xanımı evliliklərinin 
ilk  ilində  dünyasını  dəyişmişdi.  Ani  itgi  Mehdi  bəyi  çox  sarsıtmışdı. 
Xanımının  qanında  gedən  proseslərdən  heç  kəsin  xəbəri  olmamışdı. 
Bənizi  ağ  olsa  da,  onun  anadangəlmə  rəngi  bu  olduğunu  düşünərdi. 
Mehdi  bəy  onu  vaxtında  müayinə  etdirmədiyinə  çox  peşman  olmuşdu. 
Sevərək ailə qurmuşdular. Bu evlilikdən övladı belə dünyaya göz açmadan 
xanımın  bətnindəcə  məhv  olmuşdu.  Bu  Mehdi  bəyə  çox  ağır  yük 
olmuşdu. İllər boyunca heç bir insana könül verməmişdi. Artıq 17 il idi ki, 
xanımının  yasını  saxlayaraq,  ziyafətlərdə  belə  ona  maraq  göstərən 
xanımları yaxına buraxmamışdı. Ta ki, Səmanı gördüyü anadək.  

:

her konu-2018
her konu-2018 -> Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi elmlər assosiASİyasi
her konu-2018 -> İsmayıl Qarayev a ş İ q L ə R
her konu-2018 -> Vaqif sultanli
her konu-2018 -> Nihalə ilk hekayələri çap olunan kimi bənzərsizliyilə
her konu-2018 -> Fərhad Məmmədov "Əsl həqiqət "niyə"," necə" sualları ilə məhdudlanmır"
her konu-2018 -> Carl gustav jung
her konu-2018 -> Ölmeyi Reddeden Kral


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


zakalivanie-rebyonka--.html

zakalivanie-vodoj---2.html

zakalivanie.html

zakalka-stali---himiya.html

zakapivanie-kapel-v-ushi-.html